RU

Şok casusluq qalmaqalı: Azərbaycan əsilli şəxs İrana işləməkdə suçlanır

Kiprın Limasol şəhərində 2025-ci ilin iyun ayında saxlanılan Azərbaycan əsilli şəxs barəsində istintaq işi məhkəməyə göndərilib.

Musavat.com xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, 44 yaşlı şəxsin üzərindən Böyük Britaniyaya məxsus pasport aşkar edilib və ona qarşı beş maddə üzrə ittiham irəli sürülüb. O, məhkəmədə çıxış edərək irəli sürülən bütün ittihamları rədd edib və özünü günahsız hesab etdiyini bildirib.

İstintaqın versiyasına əsasən, həmin şəxs Böyük Britaniyaya məxsus Akrotiri hərbi bazasının, eləcə də Pafos yaxınlığında yerləşən Andreas Papandreou hava bazasının ətrafında foto və video çəkilişlər aparmaqda şübhəli bilinir. İddialara görə, bu materiallar daha sonra üçüncü tərəfə ötürülüb.

Kipr KİV-lərində yayılan məlumatlarda qeyd olunur ki, istintaq orqanları çəkilmiş materialların ehtimal ki, İranla əlaqəli strukturlara ötürülməsi versiyasını da araşdırır. Lakin bu iddia hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Polisin məlumatına görə, saxlanılan şəxsin yaşadığı mənzildə aparılan axtarış zamanı teleobyektivli kamera, bir neçə mobil telefon və müxtəlif elektron qurğular aşkar edilib. İstintaq həmin avadanlıqların hərbi obyektlər barədə məlumat toplamaq üçün istifadə olunub-olunmadığını araşdırır.

Musavat.com

Избранный
19
1
musavat.com

2Источники