RU

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda bu gün mübarizəyə başlayır.

"Report"un məlumatına görə, B qrupunda yer alan yığma ilk olaraq Kanada və meydan sahibləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq saat 13:20 və 16:05-də start götürəcək. Azərbaycan millisi sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Избранный
21
5
far.az

10Источники