RU

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

 

Son illər beynəlxalq aləmdə proseslər xeyli gərginləşib. Ötən

ilin iyununda baş verən İran-İsrail müharibəsinin dağıntıları aradan

qaldırılmamış Yaxın Şərqdə yeni savaş başladı. Bu, miqyasına görə son on illərin

ən böyük müharibələrindəndir. Belə bir vaxtda Azərbaycan yenə dünyəvi, bəşəri

dövlət olraq beynəlxalq münasibətlərin normallaşması istiqamətində təşəbbüslər

göstərir.

Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio

Koştanın Azərbaycana rəsmi səfəri də dövlətlərarası münasibətlərdə olduğu kimi,

beynəlxalq təşkilatlarla da əlaqələrin bu düstura əsaslandığı qənaətinin təsdiqidir.

Səfər zamanı Azərbaycan cənab Prezident İlham Əliyevin verdiyi bəyanat dövlətimizin

həyata keçirdiyi müstəqil və qətiyyətli siyasətin təqdimatı oldu.

Azərbaycanla ilə Aİ arasındakı münasibətlərin Birləşmiş Millətlər

Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü

də daxil ol-maqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət,

bərabərlik və ortaq fayda əsasında qurulduğu bir daha təsdiqlənən bu səfərdə 16

dövlətin, o cümlədən Avropa İttifaqının 10 üzvünün Azərbycandan qaz aldığını,

Azərbaycanın qaz hasilatnı artıracağını, beş və ya altı il ərzində ixraca hazır

olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmağı planlaşdırdığını, Ermənistanla

paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımaların ikitərəfli gündəliyinin

mühüm hissəsi olduğunu, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik

toplantısının ke-çirildiyini, Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların

açılmasına böyük ümidlər olduğunu, müstəqilliyi hələ 1991-ci ildə bərpa olunan

Azərbaycanın cəmi yeddi aydır sülhdə yaşadığını xatırladan Prezident İlham

Əliyev dedi: “Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər

ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə

bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi

göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin

əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər

uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin

sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan  2025-ci ilin avqustunda sülhə nail

olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi

iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların

barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz.

İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu

bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən

daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə,

sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik”.

Bu rəsmi səfər zamanı, həmçinin, Azərbaycan Respublikasının

Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti ayırıcı xətlərdən azad,

dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji

məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə

də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar.

Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla

Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan

sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının

Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail

olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqlədi.

Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində

böyük nüfuza malik olduğunu, dünyada etibarlı tərəfdaş kimi ehtiramla qəbul

edildiyini bir daha nümayiş etdirdi.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

 

 

Избранный
13
azerbaijan-news.az

1Источники