ABŞ və İsrailin hərbi aviasiyası səhər saatlarında İranın paytaxtı Tehranın şərq rayonlarına zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarələrin hücumundan sonra partlayışlar baş verib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.