RU

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokuna start verir

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan yığma ilk olaraq Kanada və meydan sahibləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 13:20 və 16:05-də start götürəcək. Azərbaycan millisi sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

İdman.Biz
Избранный
13
3
idman.biz

10Источники