Həyat doğrudan da amansızdır. Baxmaz bir kimsəyə, bu kimdir, nəçidir, özü bilir. Öz bildiyi ilə davam edər həyat. Həqiqətən, yazar üçün reallığı görüb yazıya keçmək vacibdir; mən inanmıram ki, qələm adamı bu səhfi etsin. Reallığın qələmə alınması gələcək nəsillər üçün bir faktdır, dövrünün sakinləri necə yaşayıblar, bunu göstərir.
Mən bir qələm adamı kimi həmişə gəzintiyə çıxanda, gözlərim daima insanları sanki bir psixoloq kimi müşahidə edir. Bu gün də həmin gündür. Mən yürüş üçün evdən çıxdım və qayıdanda yaxınlıqdakı marketə girdim. Həmişə insanlarla dolub qaynaşan market sanki bu gün sükut içində idi. İçəridə 4-5 adam olardı. Sanki qarşıdan yazın gəlişi gözlənilmirdi. İnsanların simasında sanki bir qara kölgə vardı. Mən də tərəzinin boşalmasını gözləyirdim.
Bir qadın əlində iki xiyar, iki pomidor və bir dəstə göyərti ilə önümdə dayanmışdı, başını yerə dikmişdi. Sanki günahkar kimi nəsə etmişdi. Halbuki o, etdiyi alverin utancını özünə sığışdırmırdı. Mən bütün gördüyümü qələmə almağı özümə borc bildim və bu acını poeziyanın dili ilə belə ifadə edirəm:
Həyatın acısı insanların üzündə,
Gözlərində qəm, üzlərdə utanc.
Sanki günahkarmış kimi müqqəsir,
Utanır üzlərdən, baxmır gözlərə.
Çox çıxır qarşıma belə səhnələr,
Ayrı düşüb insanlar,
Yaxın məhlələr.
Bu gün belə hadisələr həyatın acı mənzərəsinə çevrilib. Çox qarşıma çıxıb belə səhnələr. Bir dəfə bir orta yaşlı kişi toyğun əti satılan yerdə mənim yanımda dayanmışdı. Satıcı yaxınlaşıb dedi: “Buyurun, sizə nə lazımdır?” Həmin insan cavab verdi: “Mənə 8 qanad verin.” Mən təəccübdən soruşdum: “Siz hardan bilirsiniz ki, 8 toyğun qanadı 1 kq gəlir?” O, utanaraq cavab verdi: “Mən bilmirəm, sadəcə ailədə hər kəsin sayına görə istədim.” Belə bir duruma nə ad vermək olar? Cəmiyyət insanı qarındolusu yemək üçün ucuz məhsullardan istifadə edə bilmir.
Maddiyat zəif, pulun bərəkəti az..Reallıq bundan artıq ola bilərmi?!...
Çox çıxır qarşıma belə səhnələr:
Ayrı düşüb insanlar,
Yaxın məhlələr.
İnsanlar çaşqındır,
Fikirləri dildə yox, ürəklərdə daşqındır...
Axır... amma önü bağlı,
Həyatından küsənləri görmək yaman acıdır...
Qəlbləri yanan ocağın sacıdır...
Baxıdıqca insanlara, gənclərə sanki yaşından tez yaşlanıblar. İndiki gənclər ailə qurmaq istəmirlər. Özlərinə güvənləri yoxdur ki, ailə qurub övlad sahibi olacaqlar. Çünki bir övlad sahibi olmaq üçün gərək cibində ən azı 5000 manat pul olsun ki, övladımı xəstəxanadan çıxarıb evinə apara bilsin. Bütün bunlar acı həyatın reallığıdır, hər gün bizimlədir.
Bəs biz kiminləyik? Bu sual bu gün də
açıqdır. İnsanlığın haləti ərşə çıxıb, haqqı danılır, tərsi çıxıb. Hər kəs göz yumur, qəmi içindədir, həyat özüdür, dəmi içində.
P.S. Həyatın mövcudluğu bizə nə öyrədir? Dözümmü, iradəmi, vicdanmı, əxlaqmı? Bu dediklərim bizimlə yetgilmi?!
Təranə Şəms & GPT- 5 mini
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта