Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ağ Evin mətbuat katibi Kerolin Levitt “ABC News”-dan Federal Təhqiqat Bürosunun (FTB) Kaliforniya polisini İranın pilotsuz təyyarələrinin hücumları ilə bağlı xəbərdar etdiyini iddia edən xəbərin silinməsini istəyib.
“Cebheinfo.az” xər verir ki, o, “X” sosial media platformasında yazıb:
"Bu hesabat və nəşr “ABC News” tərəfindən dərhal silinməlidir".
Ağ Ev sözçüsünün sözlərinə görə, sayt Amerika vətəndaşlarını qorxutmaq məqsədi daşıyan yalan məlumatlar təqdim edirlər. O, materialın təsdiqlənməmiş məlumatlara əsaslandığını qeyd edib.
Levitt, həmçinin vurğulayıb ki, İrandan ABŞ-yə qarşı belə bir təhdid mövcud deyil və heç vaxt olmayıb.
Xatırladaq ki, 11 martda FTB-nin Kaliforniya polis şöbələrinə mümkün İran pilotsuz təyyarələrinin hücumları ilə bağlı xəbərdarlıq göndərdinə dair xəbəryayılıb. FTB daha sonra xəbərlərə münasibət bildirməkdən imtina edib.Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.