RU

Tramp: İkinci Dünya müharibəsindən bəri heç bir dövlət İran qədər zərbə almayıb

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İkinci Dünya müharibəsindən bəri heç bir ölkə İran kimi zərbələrə məruz qalmayıb".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz onların raketlərinin əksəriyyətini, çoxlu dronlarını, raket və PUA istehsalı üzrə bir çox obyektlərini məhv etdik. İrana İkinci Dünya müharibəsindən bəri heç bir dövlətin yaşamadığı güclə zərbə vururuq", - deyə Ağ Ev lideri bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
oxu.az

1Источники