RU

NBA: Son çempiondan çətin qələbə

Bakı, 13 mart, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha 9 qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion “Oklahoma Siti Tander” öz meydanında “Boston Seltiks”ə 104:102 hesabı ilə qalib gəlib.

Qalib komandanın heyətində ən məhsuldar oyunçu 35 xalla kanadalı Şey Gilces-Aleksander olub. Ejey Mitçell 15, Çet Holmqren 14 xalla yadda qalıb.

Boston təmsilçisində isə Ceylen Braun 34 xalla fərqlənib. Peyton Priçard 14, Uqo Qonsales və Beylor Şayerman hərəyə 11 xal toplayıblar.

Qeyd edək ki, “Oklahoma-Siti Tander” hazırda NBA-nın Qərb Konfransının turnir cədvəlinə başçılıq edir. “Boston Seltiks” isə Şərqdə ikinci pillədə qərarlaşıb.

Matçların nəticələri

“Detroyt Pistons” - “Filadelfiya” – 131:109

“İndiana Peysers” - “Feniks Sanz” – 108:123

“Atlanta Hoks” - “Bruklin Nets” – 108:97

“San-Antonio Spörs” - “Denver Naqqets” – 131:136

“Los-Anceles Leykers” - “Çikaqo Bullz” – 142:130

“Orlando Mecik” - “Vaşinqton Uizards” – 136:131

“Mayami Hit” - “Miluoki Baks” – 112:105

“Memfis Qrizlis” - “Dallas” – 112:120

“Oklahoma Siti Tander” - “Boston Seltiks” – 104:102.

Избранный
6
1
azertag.az

2Источники