İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi "Barselona"nın Çempionlar Liqasının 1/8 final mərhələsində "Nyukasl"a qarşı oyununa reaksiya bildirib.
Fanat.Az xəbər verir ki, əfsanəvi ingilis "Twitter" hesabında paylaşım edib:
"Premyer Liqanın tempi "Barselona" üçün çox sürətlidir".
"Nyukasl" - "Barselona" matçı 1:1 başa çatıb. Oyunda hesabı 86-cı dəqiqədə Harvi Barns açıb. 90+6-cı dəqiqədə Lamin Yamalın penaltisi "Barselona"nı məğlubiyyətdən xilas edib. Kataloniyalılar "Nyukasl"da əvvəl Çempionlar Liqasında "Çelsi" yə 0:3 hesabı ilə uduzmuşdu.