RU

Polşa generalı: Rusiya hamımızı təxribatlara çəkir

Rusiyanın etirazlarına baxmayaraq, "istəklilər koalisiyası" Ukraynaya sülhməramlı qüvvələr göndərməlidir. Bu addım eyni zamanda NATO-ya alyans kontingentini havadan qorumaq üçün Ukraynanın qərb hissəsi üzərində hava məkanını qanuni şəkildə bağlamağa imkan verə bilər...

Poliqon xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyasının keçmiş komandanı, polşalı ekspert Yaroslav Kraşevski Ukrinform-a müsahibəsində bildirib.

"Sülhə məcburetmə" (Peace Enforcement) adlanan fəaliyyət formatı mövcuddur. Bu, tərəflərdən birinin sülhə razı olmaq istəmədiyi hallarda tətbiq edilir. Bu vəziyyətdə Ukrayna tərəfi ədalətli və məntiqli şərtlərlə sülhə hazırdır. Rusiya isə bütün dünyanı çaşdırır. Ona görə də əgər "istəklilər ölkələr koalisiyası" artıq yaradılıbsa, onun qoşunları Ukraynaya yerləşdirilməlidir. Sizin soruşduğunuz məsələ – Ukraynanın bir hissəsi üzərində hava məkanının bağlanması – koalisiya qoşunlarının havadan müdafiəsi üçün istifadə oluna bilər", deyə o bildirib.

Kraşevskinin sözlərinə görə, bu qüvvələr elə yerləşdirilməlidir ki, onların manevr və qərar qəbul etmə azadlığı təmin olunsun:

"Bunun üçün güclü hava hücumundan müdafiə sistemi lazımdır ki, hava hədəflərini məhv etmək mümkün olsun. Bu, Rusiyanın hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırar və Putinə güclü siqnal olar: oyunlar bəsdir".

Hərbçi xəbərdarlıq edib ki, Rusiya belə sülhməramlı qüvvələrin onlar üçün "qanuni hədəf" olacağını iddia edərək hədələyə bilər:

"Amma ruslar gücdən də qorxurlar. Avropalılar açıq şəkildə deməlidirlər: biz qorxmuruq və əgər təxribat olarsa, dərhal və qətiyyətlə cavab verəcəyik".

General hesab edir ki, Ukraynada "istəklilər koalisiyası"nın sülhməramlı kontingenti güc nümayişi üçün ən azı 30–40 min nəfərdən ibarət olmalıdır:

"Bunu etmək mütləq lazımdır. Mənim fikrimcə, Qərb artıq ‘aspirin və plastır’ siyasətini dayandırmalıdır. Rusiya hamımızı təxribatlara çəkir, biz isə guya sülh danışıqlarına yaxınlaşdığımızı düşünürük. Halbuki belə danışıqlar ümumiyyətlə baş tutmaya bilər və ruslar hücumlarını davam etdirəcəklər. Müharibəni dayandırmaq üçün indi qəti addımlar atılmalıdır ki, ukraynalılar evlərinə qayıda bilsin və ölkənin bərpası başlansın".

Onun sözlərinə görə, Polşa qoşunlarının Ukraynada iştirakı əsasən əlaqələndirici zabitlərin Ukrayna hərbi komandanlıqlarında və qərargahlarında fəaliyyət göstərməsi ilə məhdudlaşmalıdır, çünki Polşa özü də faktiki olaraq cəbhəyanı ölkədir:

"Biz müharibənin əvvəlindən Ukraynaya hərbi yardım üçün əsas logistik mərkəz olmuşuq. Polşa həmçinin Ukrayna qüvvələrinin komandanlıqlarına və qərargahlarına əlaqələndirici zabitlər göndərməlidir. Bundan başqa, hərbçilərin növbəti rotasiyalarının hazırlanması üçün bütün poliqonlarımız təqdim edilməlidir. Sülhməramlı missiya çərçivəsində tapşırıqları yerinə yetirəcək hərbçilərin hazırlığı məhz Polşa ərazisində aparılmalıdır. Eyni zamanda Ukraynanın döyüş təcrübəsi də sistemli şəkildə Qərb müttəfiqlərinə burada ötürülməlidir. Bu proses qismən artıq var, lakin onu genişləndirmək lazımdır".

O əlavə edib ki, əgər Rusiya NATO-ya qarşı təxribatlara əl atarsa, Polşa birinci xəttdə olacaq:

"Buna görə də Polşa ordusu Rusiyanın ölkəmizə qarşı mümkün aqressiv addımlarına hazırlaşmalıdır".

Poliqon.info

 

Избранный
23
poliqon.info

1Источники