İranın yeni Ali lideri Müctəba Xameneinin Londonun Kensington şəhərində iki lüks mənzilinin olduğu üzə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Nəşrin məlumatına görə, Xameneinin lüks mənzilləri İsrail səfirliyindən cəmi 50 metr aralıda yerləşir.
Nəşrin qeydlərinə əsasən bu əmlakların ümumi dəyəri təxminən 67 milyon dollar qiymətləndirilir. Mənzillər lüks yaşayış kompleksinin altıncı və yeddinci mərtəbələrində yerləşir və işçilər üçün mənzilləri əhatə edir. Birinci mənzil 2014-cü ildə, ikincisi isə iki il sonra alınıb. Rəsmi sahibi media orqanlarının Xamenei ailəsinin etibarlı sirdaşı kimi təsvir etdiyi iranlı iş adamı Əli Ənsari olub.
"Bloomberg"in məlumatına görə, Müctəba Xameneinin həmçinin Londonun şimalındakı nüfuzlu Hampstead ərazisində, "Milyarderlər Sırası" kimi tanınan ərazidə daha 11 əmlaka sahib ola biləcəyi ehtimal olunur. Nəşrin məlumatına görə, bu əmlakın ümumi dəyəri təxminən 270 milyon dollardır. /Modern.az
Telegram kanalımız