RU

2026-2029-cu illərdə Şamaxıda kəndlərarası yolların tikintisi və yenidən qurulması planlaşdırılır

Bakı.Trend:

2025-ci il dövlət büdcəsinin investisiya xərclərinin bölgüsündəAvtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 566,6 mln. manatvəsaitin 30,0 mln. manatı rayonlararası və kəndlərarası avtomobilyollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulub.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, son illər ərzində Dövlət İnvestisiyaProqramı çərçivəsində Şamaxı rayonu ərazisində 15 yaşayışməntəqəsini əhatə edən, 23 min əhalinin yaşadığı ümumi uzunluğu72,8 km təşkil edən yerli əhəmiyyətli avtomobil yollarının, ocümlədən Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 81,5 km olmaqlaşəhər ərazisini əhatə edən avtomobil yollarının təmiri işlərihəyata keçirilib.

Eyni zamanda, Şamaxı rayonu ərazisində yerləşən, Çıraqlı,Mədrəsə-Kərkənc, Mirikənd-Qaravəlli-Məlcək Qurdtəpə, Şirvan,Günəşli və Şərədil kəndlərini Bakı-Şamaxı-Yevlax magistral yolu iləbirləşdirən, ümumi uzunluğu 29,0 km olan avtomobil yollarınınəsaslı təmiri işlərinin 2026-cı ilin Dövlət İnvestisiya Proqramılayihəsinə daxil edilməsi məqsədilə Avtomobil Yolları DövlətAgentliyi tərəfindən təklif İqtisadiyyat Nazirliyinə təqdimolunub.

Bundan başqa, 2026-2029-cu illərdə dövlət əsaslı vəsait qoyuluşuhesabına icrası nəzərdə tutulmuş layihələrin siyahısında Şamaxırayonunda yerləşən kəndlərarası avtomobil yollarının tikintisi vəyenidən qurulması nəzərdə tutulmuş və icrası mərhələli şəkildəhəyata keçiriləcəkdir.

Избранный
2
az.trend.az

1Источники