RU

Müctəba Xamenei ölü adamdır – MOSSAD

İsrail Müdafiə Qüvvələri sosial şəbəkədə İranın yeni Ali rəhbəri Müctəba Xamenei ilə bağlı paylaşım edilib.
NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, paylaşımda İran liderinə harada olduğu barədə sual ünvanlanıb.
“Haradasan, Müctəba? Niyə Müctəba Xamenei xalqa müraciət edir, amma üzü görünmür? Nəyi gizlətməyə çalışır?”, – İsrail ordusu bildirib.
İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın sosial media hesabında isə belə bir mesaj paylaşılıb:
“Onlar özlərinə rəhbərlik etmək üçün ölü adamı seçdilər – hələ başlamazdan əvvəl bitmiş ölü adam”.
Xatırladaq ki, bundan əvvəl KİV-də Müctəba Xameneinin ağır yaralanması barədə məlumat yayılıb. İran XİN məlumatı təsdiqləyib, bundan sonra dövlət televiziyasında aparıcı ölkənin yeni ali rəhbərinin adından ilk bəyanatı oxuyub.
Избранный
6
3
nocomment.az

4Источники