RU

Yuxu zamanı iflic niyə baş verir? Mütəxəssis DANIŞDI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yuxu zamanı iflicdə insanın şüuru açıq qalır, amma bədən əmrlərə tabe olmur.

Redaktor.az xəbər verir ki, bu barədə yuxu üzrə mütəxəssis Tom Coleman "Daily Mail"ə danışıb.

Mütəxəssisin sözlərinə görə, yuxu iflici sürətli yuxu fazasının xüsusiyyətləri səbəbindən yaranır. Bu fazada beyin oyanıq vəziyyətdə olduğu kimi aktivdir, amma əzələlər tamamilə rahatlayır. Bu, insanın yuxuda gördüyü hərəkətləri gerçək həyatda təkrarlamamasına imkan verir.

“Bəzən bu mexanizm pozulur, beyin oyanır, amma bədən rahat qalır və bu, iflic hissinə səbəb olur,” — deyə Coleman izah edib.

O əlavə edib ki, yuxu iflici zamanı insan sinədə təzyiq hiss edə, həmçinin vizual və eşitmə hallusinasiya yaşayabilir. Mütəxəssis qeyd edib ki, yuxu iflici daha çox yuxu rejimi nizamsız olan, stressli və ya yorğun insanlarda baş verir.

Bu problemdən xilas olmaq üçün Coleman yuxu rejiminə riayət etməyi, stresi nəzarətdə saxlamayı və sağlam həyat tərzi sürməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
41
redaktor.az

10Источники