RU

2040-cı ilədək Bakıda əlavə 142 mindən çox mənzilə tələbat yaranacaq

Bakı. Trend:

2040-cı ilədək Bakıda əlavə 142 mindən çox mənzilə tələbatyaranacaq.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dairBaş planı”na əsasən 2040-cı ilədək adambaşına düşən ümumi mənzilsahəsinin 20,8 m2-dən 25m2-dək artırılması nəzərdə tutulur.

Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cıilədək Bakıda təqribən əlavə 142,82 min mənzilətələbat yaranacaq.

Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq binavə evlər üçün təqribən 9 min hektar sahə nəzərdətutulur ki, burada da təqribən 200 min mənzilininşası mümkün olacaq.

Bu isə 2027-ci ilədək yaranacaq 49 970 mənziləvə 2040-cı ilədək yaranacaq 92 850 mənzilə bərabərtələbatın ödənilməsi üçün kifayət edəcək.

2023-cü ildə Bakı şəhərində 6 443(481,6 min m2) mənzilin, 2024-cü ildə11 min mənzilin (933,6 minm2), 2025-ci ildə isə 9 711mənzilin (870,8 min m2) istismarınaicazə verilib.

Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş əraziplanlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasındaverilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakışəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisilayihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan buplanlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinətikintiyə icazələr verilir.

Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiqedilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondununümumi həcmi 2023-cü il üzrə 1745,47 min m²,2024-cü il üzrə 1632,37 min m², 2025-ci il üzrəisə 1760,99 min m² təşkil edib.

Избранный
29
13
az.trend.az

10Источники