RU

2025-ci ildə işsizlikdən sığorta ödənişləri üçün 17 milyon manat xərclənib

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin ilkin məlumatına əsasən 2026-cı ilyanvar ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışanişçilərin sayı 1808,0 min nəfər, o cümlədəniqtisadiyyatın dövlət sektorunda 865,8 min nəfər,qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkiledib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, müəssisə və təşkilatlarda muzdla çalışanişçilərin 22,8 %-i məhsul istehsalı, qalanları isəmüxtəlif xidmət sahələrində fəaliyyət göstəriblər.

2025-ci il ərzində 189,4 min nəfər münasib işlətəmin edilib, 18,4 min nəfər peşə hazırlığıkurslarına, 16,8 min nəfər özünüməşğulluqproqramına cəlb olunub, 10,8 min nəfərə isəişsizlikdən sığorta ödənişi təyin olunub.

Peşə hazırlığı kursları

2025-ci il ərzində ümumilikdə 18,4 min nəfərpeşə hazırlığına cəlb olunub, peşə hazırlığını bitirənlərdən61,4 %-i işlə təmin olunub. Peşə hazırlığına cəlbolunan 18,4 min nəfərdən qadınların sayı11,8 min nəfər, gənclərin sayı (14-29 yaş arası)9,5 min nəfər, əlilliyi olan şəxslərin sayı487 nəfər, keçmiş məcburi köçkünlərin sayı1,4 min nəfər, cəzaçəkmə müəssisəsindən azadolunmuş şəxslərin sayı 52 nəfər, müharibəiştirakçılarının sayı 332 nəfər, şəhid ailəsiüzvlərinin sayı 4 nəfər təşkil edib.

“Böyük Qayıdış” Proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyitərəfindən vətəndaşların ərazi üzrə adaptasiyası, həmçinin əraziüzrə işəgötürənlərin tələblərinə uyğunluğunu artırmaq üçün 2025-ciil ərzində məskunlaşan şəxslərdən 152 nəfər peşəhazırlığı kursuna cəlb olunub.

Özünüməşğulluq proqramı

Hesabat dövründə özünüməşğulluq proqramına 16,8min nəfər cəlb olunub. Onlardan 8,8 minnəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isəistehsal-xidmət istiqaməti üzrə proqrama müraciət edib. Həminşəxslərdən 94 nəfəri şəhid ailəsi üzvü,1,3 min nəfəri əlilliyi olan şəxs,976 nəfəri keçmiş məcburi köçkün, 6,5min nəfəri qadın, 2,5 min nəfəri 29yaşadək gənc, 262 nəfəri cəzaçəkmə müəssisəsindənazad olunmuş şəxs və 131 nəfəri ünvanlı dövlətsosial yardımı alan şəxslər olub.

İşsizlikdən sığorta ödənişi

Hesabat dövrü ərzində 10,8 min nəfər işsizşəxsə işsizlikdən sığorta ödənişi təyin olunub ki, bu da 2024-cüilə nisbətən 1 042 nəfər çoxdur. 2025-ci ildəişsizlikdən sığorta ödənişləri üçün 17 milyonmanat vəsait xərclənib.

2025-ci il ərzində 7,0 min nəfər şəxs haqqıödənilən ictimai işlərə cəlb edilib, onlardan 215nəfəri şəhid ailəsi üzvü, 723 nəfəri əlilliyi olanşəxs, o cümlədən 173 nəfəri müharibə ilə əlaqədarəlilliyi müəyyən edilmiş şəxs, 696 nəfəri müharibəveteranı, 396 nəfəri keçmiş məcburi köçkün,2,8 min nəfəri qadın, 699 nəfəri29 yaşadək gənclər, o cümlədən 18 nəfəri 20yaşadək gənc, 290 nəfəri pensiya yaşına iki ildənaz qalmış şəxslər olub.

Избранный
23
az.trend.az

1Источники