RU

Büdcədən məcburi köçkünlərin kommunal ehtiyaclarına nə qədər vəsait ödənilib?

Bakı. Trend:

Ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmışməcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qazvə elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab sularınaxıdılması və məişət tullantılarının daşınmasına görə il ərzindədövlət büdcəsindən ümumilikdə 18 320 min manatvəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, sıx məskunlaşma obyektlərində və mövcud məcburiköçkün qəsəbələrində elektrik enerjisi verilişinin və içməli sutəminatının dayanıqlığının təmin edilməsi məqsədilə qabaqlayıcıtədbir olaraq 2025-ci ildə 499,9 min manatdəyərində 75,9 min metr müxtəlif ölçülü və markalıkabel-naqil alınaraq tələbat yerlərinə çatdırılıb, həmçinin zəruriinzibati binalara 1 732 reys su (18,2min ton) daşınıb.

2025-ci ildə məcburi köçkünlərin məişət problemlərinin həlliməqsədilə 3 811 min manat vəsait hesabına onlarınməskunlaşdıqları 94 obyekt üzrə 26,5min kv.metr yumşaq, 57,2 min kv.metr isərəngli metal dam örtüyü dəyişdirilib, şəhid və qazi ailələrininağır şəraitdə yaşadıqları 3 mənzil də daxilolmaqla, müxtəlif səbəblərdən baş vermiş yanğın nəticəsindəyararsız hala düşmüş 40 mənzildə (evdə) təmirişləri həyata keçirilib.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin balansında olan qəsəbə və yaşayışkomplekslərində hesabat ilində 345 mənzil və yafərdi ev təmir edilib, 17 binanın dam örtüyüdəyişdirilib, 2 binanın pilləkan qəfəsləri vədəhlizləri təmir edilib, 10 binanın aqlayüzlükləri yeniləri ilə əvəz edilib, 4 qəsəbənindaxili yollarında təmir işləri həyata keçirilib. Qeyd olunantəmir-bərpa işlərinə ümumilikdə 8 747 min manatvəsait sərf edilib.

Избранный
7
1
az.trend.az

2Источники