Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Keçən il fövqəladə hallar və bədbəxt hadisələrdə 79 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildə fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 309-u azyaşlı olmaqla 1093 nəfər zərərçəkmiş xilas edilib. 79 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.
Bildirilib ki, 2025-ci ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 169 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub. 394 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb. Həlak olmuş 70 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, 25 partlayış hadisəsi ilə əlaqədar dağıntılar altından 2 nəfərin cəsədi və dağıntılar altında qalaraq xəsarət almış 43 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən güclü yağışlar zamanı sel basmış ev və ərazilərdən 89 nəfər xilas edilib, evlərin zirzəmilərindən və həyətlərindən, magistral yollarda su dolmuş tunel və yeraltı keçidlərdən suyun çəkilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.