RU

“Saab” Polşa şirkətləri ilə yeni əməkdaşlıq müqavilələri imzalayıb

İsveçin “Saab” şirkəti Polşanın “Polska Grupa Zbrojeniowa (PGZ) və “WB Group” şirkətləri ilə əlavə əməkdaşlıq müqavilələri imzalayıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla İsveç mərkəzli şirkət Polşanın müdafiə sənayesi ilə əməkdaşlığını dərinləşdirir.

“Saab”ın PGZ ilə yeni müqaviləsi Polşanın “Orka” sualtı qayıq proqramı çərçivəsində ölkə daxilində sualtı qayıqların texniki xidməti, təmiri və əsaslı təmiri imkanları ilə bağlı əməkdaşlıq niyyətini müəyyən edir.

“WB Group” ilə imzalanan yeni saziş isə avtonom dəniz sistemləri və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlıq “Gladius” və “Future Task Force” layihələri çərçivəsində həyata keçirilə bilər.

Избранный
5
poliqon.az

1Источники