RU

Övladlığa verilən uşaqların SAYI

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ildə övladlığa götürmə ilə bağlı Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə” altsisteminə 247 müraciət (ümumilikdə 1822 müraciət) daxil olub, 107 müraciətə (ümumilikdə 742 müraciət) müxtəlif mərhələlərdə imtina verilib.Modern.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabat ilində 149 uşaq (78 oğlan, 71 qız) övladlığa verilib. Övladlığa götürülmüş uşaqlardan 32 uşaq müəssisədən, 57 uşaq qohumları tərəfindən, 35 uşaq ögey valideyn tərəfindən, 22 uşaq valideynlərarası razılıq əsasında, 3 uşaq əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaq olub.27 sosial xidmət müəssisəsində (21-i dövlət və 6-sı özəl müəssisə) 734-ü oğlan və 538-i isə qız olmaqla, 1272 valideyn himayəsindən məhrum olmuş uşaq məskunlaşmışdır. Hesabat dövründə valideyn himayəsindən məhrum olmuş 293 uşaq (152 qız və 141 oğlan) uçota alınmışdır. Onlardan 223-ü sağlam, 42-si 18 yaşınadək əlilliyi müəyyən edilmiş, 28-i isə səhhətində problem olan uşaqlardır.Reinteqrasiya tədbirləri nəticəsində 176 uşaq (2020-ci ildən ümumilikdə 840 uşaq) ailələrinə qaytarılıb.

Hesabat ilində 296 (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 855 uşaq) uşaq müəssisəyə yerləşdirilmiş, 324 uşaq müəssisəni tərk etmiş (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 828 uşaq), 275 uşağın (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 822 uşaq) isə müəssisəyə düşməsinin qarşısı alınaraq ailə himayəsində qalması məqsədəuyğun hesab edilib.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
modern.az

1Источники