İki pilotsuz təyyarə kürd Peşmərgə hərbi bazasına hücum edib. Altı fransız əsgəri yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İraqın Ərbil əyalətinin qubernatoru Ümid Xoşnəv Rudaw TV-yə açıqlamasında bildirib.
“Ərbil əyalətinin Mala Qara rayonuna endirilən zərbə nəticəsində altı fransız əsgəri yaralanıb”, – deyə qubernator bildirib.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başladılar. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbələr endirdi.