RU

“ABŞ İran üzərində üstünlük əldə edib”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trump İran rəhbərliyinə mümkün zərbələrə eyham vurub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, bəzi kütləvi xəbər yayım vasitələrinin, xüsusilə The New York Times qəzetinin yaydığı müharibə ilə bağlı məlumatları tənqid edib və ABŞ-ın İran üzərində üstünlük əldə etdiyini bildirib.

ABŞ prezidenti “Truth Social” adlı şəbəkə hesabında yazıb ki, sözügedən qəzetin məlumatlarını oxuyanlar ABŞ-ın qalib gəlmədiyini düşünə bilərlər:

“Əgər iflasa uğrayan The New York Times qəzetini oxusanız, səhvən düşünə bilərsiniz ki, biz qalib gəlmirik. Biz İranın terror rejimini – hərbi, iqtisadi və digər sahələrdə – tam şəkildə məhv edirik. İranın donanması məhv edilib, onun hərbi hava qüvvələri artıq mövcud deyil, raketlər, dronlar və digər silahlar tam şəkildə məhv edilir, onların liderləri isə yer üzündən silinib. Bizim misli görünməmiş atəş gücümüz, məhdudiyyətsiz sursatımız və kifayət qədər vaxtımız var – bu gün bu dəli alçaqlarla nə baş verəcəyinə baxın. Onlar 47 il ərzində dünyanın hər yerində günahsız insanları öldürüblər və indi mən, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti olaraq, onları öldürürəm. Bu, böyük şərəfdir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
icma.az

1Источники