İsraildə İranın yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin ölməsi ilə bağlı iddialar çoxalıb.
KONKRET.az xəbər verir ki, buna səbəb MOSSAD-ın X sosial şəbəkəsindəki Fars bölməsinin Müctəba Xameneinin atası Əli Xameneinin yerinə təyin olunması ilə bağlı yerləşdirdiyi paylaşım olub.
“Onlara rəhbərlik etmək üçün ölünü seçdilər. Başlamadan əvvəl işini bitirən bir ölü…”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində yaralanıb. Onun yaralanması İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.