RU

Ət satışında qadağalar olsun TƏKLİF

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycanda ənənəvi olmayan, ölkədə əti yeyilməyən heyvanların siyahısının hazırlanması və bu kateqoriyaya aid ət satışının qadağan edilməsi təklif edilir.

Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunur ki, son zamanlar satışa mənşəyi bilinməyən ətin çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatlıq yaradır.

Qeyd olunur ki, ət satışında qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Bildirilir ki, ənənəvi olmayan və ölkəmizdə əti yeyilməyən heyvanların siyahısının hazırlanmasına və bu kateqoriyadan olan ətlərin satışının qadağan edilməsinə ehtiyac var.

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
3
oxu.az

4Источники