RU

Omanda dron hücumu nəticəsində iki əcnəbi həlak olub

İranın Omana dron hücumu nəticəsində iki nəfər həlak olub.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ONA agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Sohar əyalətinə iki PUA hücumu baş verib. Onlardan biri Əl-Əvi sənaye zonasına düşüb, nəticədə iki əcnəbi həlak olub, bir neçə nəfər yaralanıb. Digəri isə açıq əraziyə düşüb və heç kim xəsarət almayıb. Hakimiyyət orqanları hər iki hadisəni araşdırmağa davam edir.

Qeyd edək ki, daha əvvəl martın 11-də bir neçə İran pilotsuz təyyarəsi Omanın Salalah limanında yanacaq çənlərinə hücum edib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
3
missiya.az

1Источники