RU

Çempionlar Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, Taylandın paytaxtı Banqkokda keçirilən yarışda B qrupunda yer alan yığma ilk olaraq Kanada və meydan sahibləri ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq saat 13:20 və 16:05-də start götürəcək. Azərbaycan millisi sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
5
fanat.az

10Источники