RU

“Latsio” Sarri ilə müqaviləni poza bilər

“Latiso” baş məşqçisi Mauritsio Sarri ilə müqaviləni poza bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira paylaşım edib.

“Sarrinin gələn mövsüm “Latsio”da işləməsi sual altındadır. Məşqçi ilə klub rəhbərliyi arasında münasibətlər pisləşib, yayda tərəflər müqaviləni poza bilərlər, baxmayaraq ki, Sarrinin hələ 2028-ci ilə qədər anlaşması var. O, ildə 2,5 milyon avro+ bonuslar alır” – Skira belə yazıb.

“Latsio” 28 oyundan 37 xalla hazırda İtaliya A seriyasında 10-cu yeri tutur.

Избранный
46
msport.az

1Источники