RU

Azərbaycanda neft-qaz hasilatının sabit saxlanılması üçün kompleks işlər aparılıb – HESABAT

Ötən il Azərbaycandan SOCAR, konsorsium və əməliyyat şirkətləri üzrə neft-qaz hasilatının sabit saxlanılması və qismən artırılması məqsədilə 65,9 min metr qazma işləri aparılıb.

APA-Economics” xəbər veri ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Sənəddə bildirilir ki, hesabat dövründə neft-qaz hasilatının sabit saxlanılması və qismən artırılması məqsədilə şirkətlər üzrə istehsalat proseslərinin texniki-iqtisadi cəhətdən optimallaşdırılması məqsədilə yeni layihələr həyata keçirilib, mövcud infrastruktur genişləndirilib, müasir innovasiyalar və rəqəmsal texnologiyalar sınaqdan keçirilərək tətbiq olunub.

Hesabata əsasən, 2025-ci ildə ölkədə neft-qaz sektorunda 27,7 mln. ton neft və 50,9 mlrd. kubmetr qaz hasil edilib. Hasil olunmuş neftin 79,9%-i və qazın 90,4%-i qeyri-dövlət sektoru üzrə neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin payına düşüb.

“Ümumilikdə 2003-cü illə müqayisədə respublikada 2025-ci ildə neft hasilatı 1,7 dəfədən çox, qaz hasilatı isə 9,9 dəfə artıb”, - hesabatda qeyd olunur.

Избранный
13
1
apa.az

2Источники