RU

İlqar Hacıyevin milyonluq mülkləri müsadirə olundu – Siyahı


“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla qiyməti olan əmlakları müsadirə olunub.
Yeniavaz.com
xəbər verir ki, “Qafqazinfo” dövlət nəfinə alınan həmin əmlakların siyahısını əldə edib:
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;
- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;
- Badamdar qəsəbəsində torpaq sahəsi;
- Yasamal rayonu, Mətbuat prospektində mənzil;
 - Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Hacıyevin iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776,7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda  torpaq sahəsidir.
Избранный
19
32
yeniavaz.com

10Источники