Martın 13-də Oman Sultanlığının Sohar əyalətində pilotsuz təyyarənin düşməsi nəticəsində iki nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Oman Dövlət Xəbər Agentliyi (ONA) məlumat yayıb.
Agentliyin təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, pilotsuz təyyarə Əl-Əvahi sənaye zonasında vurulub. Hadisə nəticəsində iki xarici işçi ölüb, bir neçə nəfər yaralanıb.
Bundan əlavə, Sohar əyalətində başqa bir pilotsuz təyyarənin də vurulduğu və qalıqlarının açıq əraziyə düşdüyü bildirilib. Bu hadisədə xəsarət alan olmayıb.
Hakimiyyət orqanları hər iki hadisəni araşdırmağa davam edir.
Aminə ŞAHSUVARQIZI