RU

Hulusi Kılıç: Türkiyə Azərbaycan qardaşlığından qürur duyuruq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 13 Mart, AZƏRTAC

Türk dövlətlərinin dövlət və hökümət başçıları başda olmaqla, Avropa, Asiya, Uzaq Şərq, Latın Amerika ölkələri, eləcə də ABŞ, Kanada dövlət və hökümət başçıları Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmətlə yanaşır, dostluğunu yüksək qiymətləndirirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi və TADİV Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, Azərbaycana gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyindən və ölkəmizin inkişaf səviyyəsindən xoş təəssüratla ayrılırlar: “Azərbaycan qonşuları və digər region ölkələri ilə son dərəcə balanslı münasibətlər saxlayır. Türk xalqları olaraq, Azərbaycanın hər cəhətdən inkişafı ilə fəxr edirik. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın mövcud səviyyəsi də məmnuniyyətlə qarşılanır, bundan qürur duyulur”.

H.Kılıç, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə münasibətləri inkişaf etdirmə kursunu uğurla davam etdirdiyini vurğulayıb.

“Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP (Trans-Anadolu təbii qaz kəməri), PETKIM müəssisələrinin alınması, STAR və PETLIM kimi meqa layihələri həyata keçirib. Beləliklə, Türkiyə vətəndaşları üçün yeni iş yerləri təmin edilib”,- deyə sabiq səfir qeyd edib.

Hulusi Kılıç deyib ki, Prezident İlham Əliyev Qarabağ məsələsində diplomatiyaya üstünlük və fürsət verib, məsələnin diplomatik yollarla həll olunmasını istəyib. Lakin bunun qeyri-mümkünlüyünü görərək 44 günlük Vətən Müharibəsi ilə 30 ildir işğal altında olan ərazilərin azad edilməsinə nail olub. Bununla da beynəlxalq ədaləti bərpa edib.

“İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi, Prezident İlham Əliyevin Vətən Müharibəsindən əvvəl neft və təbii qazdan əldə edilən gəlirin bir hissəsini Azərbaycanın infrastrukturunun təkmilləşdirilməsinə, geri qalanını müasir silahlarla təchiz olunan, vətənpərvərlik hissi aşılanan, təlim keçmiş ordunun formalaşmasna yönəltdiyini ifadə edib: “Güclü ordu sayəsində 44 gündə 30 illik işğala son verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 5 ildə Qarabağda yeni müasir magistral yollar, körpülər, tunellər, yaşayış binaları və hava limanlarının tikintisi ilə Qarabağ cənnətə çevrilib, Şuşa və Xankəndi çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib. Yenilənmiş infrastrukturu ilə Azərbaycan regionda müasir cazibə mərkəzinə çevrilib”.

H.Kılıç, həmçinin, Azərbaycanın 4 il Qoşulmama Hərəkatına sədrlik edərək zəifləmədə olan bir təşkilatı dirçəltdiyini, COP-29 iqlim dəyişikliyi zirvəsinin uğurla təşkil olunduğunu xatırladıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
2
azertag.az

3Источники