RU

Ərdoğan: Türkiyə İranla bağlı diplomatik səylərini davam etdirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara İran ətrafındakı regionu tam fəlakətə sürükləmək təhlükəsi yaradan zorakılıq spiralının artmasının qarşısını almaq üçün fəal diplomatik səylər göstərir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Məlumatı “Anadolu” verib. 

Ərdoğan Ankarada BMT-nin Baş katibi Antonio Quterreşə Beynəlxalq Atatürk Sülh Mükafatının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib ki, Türkiyə, təkcə bölgədə deyil, harada yaranmasından asılı olmayaraq, münaqişələrin, müharibələrin, zülmün və humanitar böhranların aradan qaldırılmasına çalışır. ABŞ, İsrail və İran arasında diplomatik prosesin uğurla başa çatacağına dair ümidlər sarsılsa da, Türkiyə bu istiqamətdə inadkar və əzmkar işini davam etdirəcək.

Prezident Ərdoğan əmin edib ki, Türkiyə BMT-ni daha inklüziv bir quruma çevirmək təşəbbüslərini dəstəkləməyə davam edəcək, çünki ədalət olmadan inkişaf, sülh və sabitlik mümkün deyil: “Diplomatiya və dialoq ədalətli və davamlı sülhə aparan ən təhlükəsiz yoldur”.

Prezident Türkiyənin Ukraynada sülhün əldə edilməsi səylərində BMT ilə sıx əməkdaşlıq etməyə davam etdiyini də bildirib.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
xalqqazeti.az

2Источники