RU

Baku Steel Company 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb (FOTO)

Bakı. Trend:

2025-ci ildə ümumi ixrac həcmi 61 min tonu keçib, ABŞistiqamətinə ixrac 5 min tondan 14 min tona (+180%), Aİistiqamətində isə 6,4 min tondan 7 min tona yüksəlib.

Cənubi Qafqazın aparıcı metallurgiya müəssisəsi olan “Baku SteelCompany” QSC (BSC) beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir.Qlobal polad sənayesində artan proteksionist tədbirlərə baxmayaraq,şirkət ABŞ və Avropa İttifaqı (Aİ) bazarlarında uğurla fəaliyyətgöstərir.

Ötən il BSC-nin ixrac etdiyi polad məhsullarının ümumi həcmi 61min tonu keçib. İxrac portfelinə armatur, tikişsiz borular vəferroərintilər daxildir.

ABŞ və Aİ bazarlarına ixrac göstəriciləri:

Göstərici

2024-cü il

2025-ci il

ABŞ istiqaməti — həcmi

5 000 ton

14 000 ton (+180%)

ABŞ istiqaməti — dəyəri

11,6 mln. manat

33 mln. manat (+184%)

Aİ istiqaməti — həcmi

6 400 ton

7 000 ton (+9%)

Aİ istiqaməti — dəyəri

10,4 mln. manat

12,6 mln. manat (+21%)

Ümumi ixrac həcmi

2025-ci ildə 61 min tondan artıq

Şirkətin ixrac sahəsindəki uğurları Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindənkeçirilən tədbirdə qeyd edilib. BSC ölkənin qeyri-neft ixracınıninkişafına verdiyi töhfəyə görə “Özəl sektor üzrə fəal ixracatçı”sertifikatı ilə mükafatlandırılıb.

“İxrac fəaliyyətinin genişləndirilməsi Baku Steel Company-ninuzunmüddətli strategiyasında mühüm yer tutur. ABŞ və Avropaİttifaqına ixracın artması məhsullarımızın keyfiyyətinin və rəqabətqabiliyyətinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir”, – Başdirektorun müavini Sultan Əskərov qeyd etmişdir.

BSC, həmçinin daha yüksək əlavə dəyərə malik məhsullarınistehsalını artırır və ixrac coğrafiyasını tədricəngenişləndirir.

ŞİRKƏT HAQQINDA

“Baku Steel Company” QSC – Cənubi Qafqazın ən böyük metallurgiyamüəssisəsi olmaqla, tikinti, infrastruktur və sənaye sektorlarıüçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.

Ətraflı məlumat üçün: www.bakusteel.com

Baku
Məqalədə:
Избранный
17
5
az.trend.az

6Источники