RU

Azərbaycanın ehtiyatları 91 milyard dollara çatıb

2025-ci ildə ölkəmizdə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4% artaraq 129,1 mlrd. manat olub. Qeyri-neft sektoru isə real ifadədə 2,7% artaraq 92,3 mlrd. manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72%-i məhz qeyri-neft sektorunda yaranıb.

Musavat.com-un məlumatına görə, bunu baş nazir Əli Əsədov Milli Məclisdə bildirib.

Hökumət başmısı qeyd edib ki, qeyri-neft-qaz sənayesində 5,5% artım olub. Neft-qaz sektorunda ümumilikdə 1,6% azalma müşahidə edilib. Neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub.

Baş nazir bildirib ki, xarici ticarətdə 6,4 mlrd.dollarlıq müsbət saldo (qızıl idxalı çıxılmaqla) və qeyri-neft ixracının 8%-dən çox artaraq 3,6 mlrd. dolları üstələməsi ixrac potensialımızın genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir:

“Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. dollar və ya 20% artaraq 85 mlrd. dolları keçib”. Hökumət başçısı hazırda bu vəsaitin 91 mlrd ABŞ dollarına çatdığını bildirib: “Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 mlrd. dollar) 18 dəfəyədək üstələyir”.

E.Paşasoy,
Musavat.com

Избранный
15
musavat.com

1Источники