RU

Gəncədə “102”yə yalan məlumat verən şəxs həbs olundu

BAKI, 13 mart. TELEQRAF

Gəncə şəhərində avtomobilinin qaçırılması barədə yalan məlumat verən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü İsa Xəlilov (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin “102 Qaynar Xəttinə müraciət edib və avtomobilini qonşuluqda yaşayan şəxs tərəfindən qaçırıldığını bildirib.

Əldə olunmuş məlumata əsasən Xəlilov polis şöbəsinə dəvət olunub. Lakin o, polisin qanunu tələbinə tabe olmayaraq polisə müqavimət göstərib.

Həmçinin narkotik vasitə istifadə etməsində şübhəli bilindiyindən həkim müayinəsindən keçirilib və analizində narkotik vasitədən istifadə etdiyi aşkar edilib.

Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə ittiham elan edilib.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə həbs edilib.

Избранный
21
3
teleqraf.com

4Источники