RU

Ötən il Azərbaycandan boru kəmərləri vasitəsilə 25,2 milyard kubmetr qaz ixrac edilib

Bakı, 13 mart, AZƏRTAC

2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 milyard kubmetr qaz ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir diqqətə çatdırıb ki, ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb.

Избранный
30
2
azertag.az

3Источники