RU

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə 107 nəfər vəsiqə qazanıb

Bakı, 13 mart, AZƏRTAC

Ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi regionlar üzrə uğurla başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin rayon-şəhər mərhələsində regionlar üzrə ümumilikdə 3182 nəfər qeydiyyatdan keçərək iştirak edib. İştirakçılar öz təqdimat bacarıqlarını nümayiş etdiriblər. Onlardan 107 nəfər uğur qazanaraq ölkə mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin ölkə mərhələsinin cari ilin aprel ayında keçirilməsi planlaşdırılır. Bununla bağlı ətraflı məlumat iştirakçı şagirdlərə regional təhsil idarələri tərəfindən təqdim olunacaq.

Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

Избранный
23
2
azertag.az

3Источники