RU

Mayda 14 gün İŞ OLMAYACAQ

May ayında 14 gün iş olmayacaq.

Far.Az xəbər verir ki, qeyri-iş günlərinə həftəsonları da daxildir.

Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Qanunvericiliyə uyğun olaraq bayram günü həftəsonuna düşdüyü üçün 11 may tarixi də qeyri-iş günü elan olunacaq. Nəticədə 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.

May ayının sonlarında da oxşar vəziyyət yaranacaq. Bu il Qurban bayramı 27 və 28 may tarixlərində qeyd ediləcək. Eyni zamanda, 28 May - Müstəqillik Günü də rəsmi qeyri-iş günüdür. Bayramların üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may da istirahət günü olacaq.

Beləliklə, mayın 27-dən 31-dək olan müddətdə - 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.

Избранный
86
31
far.az

10Источники