RU

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olundu

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
 
Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.
 
Избранный
56
17
moderator.az

10Источники