RU

Moskvada mikroavtobus və taksinin iştirakı ilə baş verən qəzada yeddi nəfər xəsarət alıb

Moskvada mikroavtobus və taksinin iştirakı ilə baş verən qəzada yeddi nəfər xəsarət alıb.

Yeni Moskvada mikroavtobusla taksinin toqquşması nəticəsində biri azyaşlı olmaqla yeddi nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə 13 martda Moskva Dövlət Yol Müfəttişliyinin Telegram kanalında məlumat verilib.

"Mikroavtobusla taksinin toqquşması Kaluqa şossesində (Desna kəndi yaxınlığında) baş verib. İlkin məlumatlara görə, yeddi nəfər xəsarət alıb", - deyə məlumatda bildirilir.

"İzvestiya"nın məlumatına görə, hadisə körpüdə baş verib.

Qəzanın səbəbləri araşdırılır və təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.

QAZİLER.AZ

Избранный
22
qaziler.az

1Источники