RU

Azərbaycan regionda və dünyada mühüm rol oynayan ölkədir




Hazırkı dünya müasir beynəlxalq münasibətlər sistemində iqtisadi maraqlara daha çox üstünlük verir. Qərarlar qəbul olunarkən siyasi faydalar hesablanır, ticarət və inkişaf isə əsas prioritet kimi götürülür. Ölkələr arasında ticarət, investisiya və texnologiya mübadiləsi sürətlə artır.Hazırda iqtisadi gücü dövlətin ümumi gücünə çevirən ölkələr daha güclü sayılır. Arxada qalan illərdə dövlətin gücü əsasən siyasi və hərbi potensialla ölçülürdüsə, indi isə bu güc daha çox güclü iqtisadi siyasət ilə müəyyən olunur. Ölkələr arasında siyasi və investisiya payı artdıqca qarşılıqlı əməkdaşlıq daha etibarlı olur. Bu isə bəzi mənasız siyasi istəkləri arxa plana keçirə bilir. Lakin bu iqtisadi əlaqələri qəbul etməyən, müasir tələblərə və standartlara uyğunlaşmayan ölkələrdə müharibə riski daha çox olur.
Hal-hazırda biz bunu bir neçə ölkə timsalında görürük. Siyasi qaydalarını qəti müdafiə taktikası ilə qorumağı seçən ölkələr artıq iqtisadi sanksiyalar, hərbi müdaxilə və digər təzyiqlərlə üzləşirlər.Məqsəd həmin ölkələri güclənən iqtisadi diplomatiya modelini dəstəkləyənlər ətrafında konsolidasiyaya cəlb etməkdir. Eyni zamanda, onları dünyada yeni formalaşan iqtisadi modeli dəstəkləyən güclərin yaratdığı birliklərə və konfederasiyalara inteqrasiya olunmağa məcbur sövq etməkdir. Hazırkı dünya modelində iqtisadi qərarlardan fərqli olaraq, siyasi qərarlar daha çox qısamüddətli məqsədlər üçün vacib sayılır. Bizim üçün vacib olan isə ölkəmizin müasir dünya modelində və yeni dünya düzənində rolu və mövqeyidir. Bəli, biz bu kontekstdə kifayət qədər ciddi uğurlar əldə etmişik. Ölkəmizin idarə olunmasında məsuliyyəti üzərinə götürən dövlətimizin başçısı ölkə olaraq bizim üçün uzun müddət kök salmış və yaranmış problemləri aradan qaldırmağa nail oldu. Bu müddət ərzində hörmətli Prezident böyük təcrübəyə yiyələndi və bu, siyasətdə ən ağır yollardan biri hesab olunur. Uzunmüddətli mərhələlərdə bəzi ölkələrin iç üzünün açılması, həmin ölkələrin görünməyən və açıq ifadə olunmayan siyasi dil və hərəkətlərlə ifadə etdikləri istək və arzularını bu təcrübələr vasitəsilə öyrənib dəf etmək o dövr üçün çox mürəkkəb və ağır bir prosesdir. Siyasi, diplomatik və hərbi gücümüzü müasirləşdirərək və modernləşdirərək iqtisadi qüdrətimizi artırmaqla İlham Əliyev nəcib və böyük düşüncə ilə dövlətimizin maraq və hüquqlarını yüksək səviyyədə təmin etdi və qorudu. Bu böyük düşüncə və strateji addımlar uzun müddətə hesablanan iqtisadi diplomatiya siyasətinin ən böyük uğurları kimi dövlətimizin aktivinə yazıldı. Yeni reallıqlarla həm Cənubi Qafqazda, həm də Azərbaycanda beynəlxalq münasibətlər kökündən dəyişdi. Bu gün hələ də köhnə siyasi qərarların arxasınca gedən ölkələrin və beynəlxalq təşkilatların önəmi, nüfuzu, statusu və autoriteti demək olar ki, sıfıra enib. Lakin Azərbaycan bu gün dünyada zəfər qazanmış və qlobal proseslərdə mühüm rol oynayan ölkələr sırasında yer alır.
Cənab Prezidentimizin Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta ilə görüşünün nəticələri bir daha göstərdi ki, Azərbaycan regionda və dünyada mühüm rol oynayan ölkədir. Ölkə olaraq iqtisadiyyatın bütün sahələri ilə bağlı Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlığının əhəmiyyəti vurğulandı. Münasibətlərin daha yüksək səviyyədə, müsbət dinamika ilə dərinləşdirilməsinə sadiqlik nümayiş olundu. Möhtərəm Prezidentimizin müxtəlif sahə və səviyyələrdə tərəfdaşlığın fəal mərhələdə olması ilə bağlı mühüm mesajları gələcəkdə ölkəmizin davamlı inkişafına, iqtisadiyyatımızın daha da güclənməsinə hesablanmış mühüm strateji iqtisadi layihələrdən xəbər verir.
Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir və ölkəmizin etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Yeni əməkdaşlıq formatları və təşəbbüslər isə Azərbaycanın regionda sabitlik və inkişafın əsas aparıcı qüvvələrindən biri olduğunu bir daha təsdiqləyir.
Hər şey Vətən üçün, hər şey Azərbaycan üçün.
.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Избранный
31
newscenter.az

1Источники