RU

"Qarabağ" legioneri ilə yollarını ayırdı - RƏSMİ

"Qarabağ" legionerlərindən biri ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Kris Kuaku ilə vidalaşıb.

Sözügedən oyunçunun Norveçin "Sarpsborq 04" klubuna keçidi ilə bağlı razlıq əldə olunub. Fil Dişi Sahilindən olan oyunçu artıq tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kuaku 2025-ci ilin yayında "Qarabağ"a transfer olunmuşdu.

Избранный
62
fanat.az

1Источники