“Sabah” icarə əsasında komandada çıxış edən Velko Simiçin transfer hüquqlarını almaq istəyir.
Bizim.Media xəbər verir ki, “bayquşlar” yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu
“Sivasspor”la danışıqlara başlayıb.
Türkiyə təmsilçisi I Liqada mübarizə aparır və 30 turdan sonra 41 xalla 13-cü sıradadır.
Qeyd edək ki, Simiç ötən yay “Sabah”a qoşulub. O, “bayquşlar”la bu mövsüm 25 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта