RU

Avstraliya vacib olmayan diplomatlarını Livanı tərk etməyəÇAĞIRDI

Avstraliya Livanda əsas vəzifələri yerinə yetirməyən diplomatlarını ölkəni tərk etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Avstraliyanın xarici işlər naziri Penni Vonq martın 13-də X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bu qərar qəbul edilib.

Açıqlamada deyilir: “Xarici İşlər və Ticarət Nazirliyi Livanda vacib iş görməyən avstraliyalı diplomatlara təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən ölkəni tərk etmələri barədə göstəriş verib. Avstraliyalılara konsulluq yardımı göstərmək üçün az sayda əməkdaş ölkədə qalacaq”.

Penni Vonq həmçinin Avstraliya vətəndaşlarını Livana səfər etməməyə çağırıb.

Qeyd olunur ki, Avstraliya hökuməti daha əvvəl İsrail və Birləşmiş Ərəb Əmirliklərində çalışan bəzi diplomatlarına da oxşar göstərişlər verib.

Aminə ŞAHSUVARQIZI

Избранный
2
1
redaktor.az

2Источники