RU

İraqda ABŞ təyyarəsi qəzaya uğrayıb - 4 ekipaj üzvü həlak olub

İraqda qəzaya uğrayan ABŞ-nin KC-135 yanacaqdoldurma təyyarəsindəki dörd ekipaj üzvü həlak olub.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bəyanatda təyyarə qəzasına dost və ya düşmən atəşinin səbəb olmadığı bildirilib.

Qeyd edək ki, daha əvvəl İraqdakı "İslam Müqaviməti" kimi tanınan bəzi silahlı qruplar ölkənin qərbində ABŞ-yə məxsus KC-135 yanacaqdoldurma təyyarəsini vurduqlarını iddia etmişdilər.

İlahə Qənbərli

Missiya.Az

Избранный
10
missiya.az

1Источники