RU

Orta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edir - Binəli Yıldırım

Bakı. Trend:

Orta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlınəqliyyat marşrutunu təmin edir.

Trend xəbər verirki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) AğsaqqallarŞurasının sədri Binali Yıldırım bu gün XIII Qlobal Bakı Forumuçərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiyanın nəqliyyatqapıları” adlı panel iclasında bildirib.

“Orta Dəhliz getdikcə daha da təkmilləşir. Məsələn, Süveyşkanalı, həmçinin Yəmən ətrafından keçən marşrutlar var ki, onlaristənilən an problemli ola bilər. Hörmüz boğazı isə bu yaxınlardabağlanıb və enerji resurslarının və digər yüklərin daşınması üçünistifadə olunmur. Belə gözlənilməz vəziyyətlərdə bu dəhliz Asiyailə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat yolunu təminedir”,- o bildirib.

B. Yıldırım vurğulayıb ki, regiona bütün dünyaya olduğu kimi,rifah və sülh lazımdır.

“Bu səbəbdən Orta Dəhliz sadəcə nəqliyyat layihəsi deyil; o,regional sabitliyi də təmin edir. Türkiyə Türk DövlətləriTəşkilatının üzvü kimi bu baxışı dəstəkləməyə və region boyuncaəlaqəliliyin gücləndirilməsinə töhfə verməyə davam edəcək. ÇünkiXXI əsrdə dövlətlərin gücünü təkcə malik olduqları resurslar deyil,həm də qurduqları əlaqələr müəyyənləşdirir”,- deyə o qeyd edib.

B.Yıldırımın sözlərinə görə, təhlükəsizlik və ticarətqaydalarına riayət olunması yalnız ayrı-ayrı ölkələrin məsuliyyətideyil, bütün qlobal iqtisadiyyatın ortaq öhdəliyidir. Orta Dəhlizingücləndirilməsi bu ümumi məsuliyyətin yerinə yetirilməsinin mühümelementidir.

Məqalədə:
Избранный
9
2
az.trend.az

3Источники