RU

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalında artım müşahidə olunur

ain.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 13 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 17 milyon 710 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunun 54 min 800 manatı bitkiçilik, 17 milyon 656 min manatı isə heyvandarlıq sahəsi üzrədir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artıb.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
azertag.az

1Источники