RU

Pakistan Kabildən təhlükəsizlik zəmanəti tələb edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 13 mart, AZƏRTAC

Pakistan Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplaşmaların hücumlarının qarşısını almaq üçün Kabildən zəmanət tələb edir.

AZƏRTAC xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Tahir Andrabi bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Diplomatın sözlərinə görə, bu zəmanət alınmayanadək Pakistan Əfqanıstana qarşı hazırkı siyasətini davam etdirəcək və sərhədyanı bölgələrdə baş verən hücumlara layiqli cavab verəcək.

Qeyd edək ki, cümə axşamı Pakistan Hərbi Hava Qüvvələri paytaxt Kabil də daxil olmaqla Qəndəhar, Paktiya və Paktika əyalətlərində bir sıra obyektlərə zərbələr endirib. “Kam Air” aviaşirkətinin Qəndəhar hava limanındakı yanacaq anbarı da hücuma məruz qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
azertag.az

2Источники