RU

AMEA nın vitse prezidenti: İşğal altında qalan 332 kəhriz baxımsız vəziyyətə düşüb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zəngilan, 13 mart, AZƏRTAC

Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 milyon kubmetrə bərabərdir. Şərqi Zəngəzurda isə bu göstərici 1622,6 milyon kubmetr təşkil edir. Həmin ərazilərin çay suları ölkənin daxili su ehtiyatlarının təxminən 24 faizini əhatə edir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova martın 13-də Zəngilan rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, mövcud olan 623 kəhrizdən 332-si 30 ilə yaxın işğal altında qalıb və baxımsız vəziyyətə düşüb: “Cəbrayıl rayonunda bərpa işlərinə başlanılıb. Lakin narahatedici məqam odur ki, kəhrizlərdə su mənbələri ilə bağlı problemlər var. Bunlar öyrənilməli, səbəbləri aşkara çıxarılmalı və uyğun tədbirlər görülməlidir".

Ötən ilin sonlarında "Qarabağ florası" kitabının çapdan çıxdığını qeyd edən İ.Hüseynova bildirib ki, alimlərin tədqiqatları Qarabağ və Şərqi Zəngəzurda 1797 növ ali bitki, 252 növ ibtidai bitki, 341 növ göbələk olduğunu göstərir.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Səfiyar Məcnun

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
azertag.az

2Источники